
Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 030,4 milyon manatlıq xidmət göstərib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 76,6 %-i əhali sektoruna aid olub.
5 ay ərzində göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 % artıb, bu sahədə əldə edilmiş gəlirin 82,3 %-i qeyri-dövlət sektorunun payına düşüb.