“Azəriqaz”ın baş direktoru Qubada vətəndaşları qəbul edəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Quba rayonunda vətəndaş qəbulu keçiriləcək.

Bu barədə İndex.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, 20 iyun saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Quba və Qusar sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.