Mayda Mərkəzi Bankın valyuta təklifinə tələb 2 dəfə az olub

Bu ilin may ayında Azərbaycan Mərkəzi Bankında təşkil olunan valyuta hərraclarına çıxarılan ümumi valyuta təklifi 560 milyon ABŞ dolları, tələb isə 288 milyon ABŞ dolları təşkil edib.

Index.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bəyanatına istinadən xəbər verir.

Bilidirilir ki, may ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib.

“Xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir”, – AMB-nin bəyanatında qeyd edilib