![Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydası qüvvəyə minib](https://index.az/wp-content/uploads/2022/06/15918874001283632153_1000x669.jpg)
Rusiya hökumətinin yeni qaydasına əsasən ölkəyə səyahət edən sərnişinlər PCR test verməlidirlər.
İndex.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Hava Yolları” QSC yayıb.
Bildirilir ki, Rusiya Federasiyası hökumətinin 2022-ci il 14 iyun tarixli 1552-р nömrəli sərəncamına müvafiq olaraq artıq bütün xarici dövlət vətəndaşları bu ölkəyə daxil ola bilərlər, bununla belə, sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində qüvvədə olan PCR testini təqdim etməlidirlər.