Ufa-Bakı aviareysi bərpa olunur

Rusiyanın “Utair” aviaşirkəti iyunun 20-dən etibarən Ufa-Bakı marşrutu üzrə reysləri bərpa edəcək.

Ufa beynəlxalq hava limanının mətbuat xidmətinin məlumatında qeyd olunur ki, uçuşlar bazar ertəsi günləri 126 yerlik “Boeing 735” təyyarəsi ilə yerinə yetiriləcək.

Uçuş vaxtı 2 saat 50 dəqiqə təşkil edəcək.