Aqrar sektor 3% böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 2 milyon 639 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Son beş ayda bitkiçilik məhsullarının dəyəri illik müqayisədə 5,1% artaraq 611,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8% artaraq 2 milyon 028 min manat təşkil edib.