
Bu il yanvar-may aylarında əhalinin nominal gəlirləri 26 milyard 420,3 milyon manat olub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 19,5% çoxdur.
5 ayda əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19,1% artaraq 2 min 153,3 manata çatıb.