Son 4 ildə orta aylıq əməkhaqqı 41% artıb

Ölkəmizdə son 4 ildə aparılan ardıcıl köklü sosial islahatların mühüm bir istiqaməti də əməkhaqlarının artırılması olub.

İndex.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin dövrdə minimum əməkhaqqı 2,3 dəfə artırılaraq 300 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 41% artaraq 768 manata, median əməkhaqqı 85% artaraq 410 manata çatıb.

Minimum əməkhaqqının və median əməkhaqqının orta aylıq əməkhaqqına nisbətləri müvafiq olaraq 24%-dən 40%-ə və 41%-dən 53%-ə yüksəlib.