Avropada təbii qazın qiyməti 1500 dolları ötdü

Avropada təbii qazın qiyməti aprel ayının əvvəlindən bəri ilk dəfə 1.5 min dolları ötüb.

İndex.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

TTF indeksinin məlumatına əsasən, cümə axşamı günü qiymət artımı sürətlənərək 1.5 min dolları keçib və 1519 dollar təşkil edib. Mütəxəssislərin hesablamalarına görə, artım təxminən 17% olub.

Avropada təbii qazın qiymətinin qalxması Rusiyadan tədarükün azalması ilə bağlı xəbərlər fonunda baş verir. Fransanın “Engie SA” şirkəti cümə axşamı İtaliyanın “Eni”, Avstriyanın “OMV” və Almaniyanın “Uniper” şirkətlərinə qoşularaq tədarükləri kəsdiyini açıqlayıb.