Bu banklar mənfəət vergisini vaxtından əvvəl ödəyib

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.

İndex.az xəbər verir ki, bunlar “Kapital Bank”, “PAŞA Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Bank of Baku”, “Express Bank”, “Azərbaycan Sənaye Bankı” və “Günay Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Buna da bax:Bu gün banklar 23 milyon dollar aldı – HƏRRAC 

Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə ümumilikdə 41,624 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank”da (15,68 milyon manat), ən aşağı göstərici isə “Günay Bank”da (187 min manat) qeydə alınıb.

Mənbə – Renkinq