“Apple” şirkəti dünyanın ən bahalı markaları reytinqində yenidən birinci olub.
İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Vurğulanır ki, korporasiyanın dəyəri 55% – 947 milyard dollara qədər artıb.
Dünyanın ən bahalı markalarının ilk üçlüyünə həmçinin “Google” (+48%, 820 milyard dollar) və “Amazon” (+3%, 705.6 milyard dollar) da daxil olublar.
2022-ci ilin birinci rübündə “Apple”ın mənfəəti analitiklərin gözləntilərini aşıb və 11% artıb. Nəticədə, şirkət rekord 123.9 milyard dollar qazana bilib.
“Lüks” markalar müstəsna performans nümayiş etdiriblər: bütün kateqoriyalar üzrə ən sürətlə böyüyən marka “Cartier” dəyərini 88% artıraraq 10 milyard dollara çatdırıb.
Qeyd edək ki, reytinqin yeni üzvləri 11 şirkət olub, onlar sırasında “Aramco” (16-cı yer), “Infosys” (64-cü yer), “Mercado Libre” (71-ci yer) və “Kuaishou” (82-ci yer) yer alır. Tam siyahıya buradan baxa bilərsiniz.