“Bu il bank əməliyyatlarının 69%-i elektron daşıyıcılar vasitəsilə aparılıb”

“Cari ildə aparılan bank əməliyyatlarının 69 %-i elektron daşıyıcılar vasitəsi ilə aparılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur”.

İndex.az xəbər verir ki, bunu “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

Z.Nuriyevin sözlərinə görə, hazırda onlayn ödənişlərin həcmi kəskin artıb:

“Əgər pandemiyadan əvvəl bütöv il ərzində elektron ödənişlər 4,3 milyard manat idisə, bu ilin sadəcə ilk 4 ayı ərzində bu rəqəm 6 milyard manat olub. Cari ildə banklarda aparılan öməliyyatların sayca 75 %-i, həcm baxımında 40 %-i nağdsız hesablaşamların payına düşür.

Bu isə müvafiq olaraq 10 faiz bəndi və 13 faiz bəndi artım deməkdir”.