Permdən Azərbaycana birbaşa aviareys açılacaq

Rusiyanın Perm vilayətindən Azərbaycana, Belarusa, Tacikistana, Özbəkistana və Ermənistana birbaşa uçuşların yerinə yetirilməsi planlaşdırır.

İndex.az Perm mətbuatına istinadən xəbər verir ki, bu barədə regional nəqliyyat nazirliyinin rəhbəri Andrey Alyakrinski hökumətin iclasında bildirib.

Həmçinin Çelyabinsk və Vladiqafqaza yeni subsidiyalı hava marşrutlarının açılması planlaşdırılır.

Regional Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda Permdən 27 istiqamətə aviareyslər həyata keçirilir, onlardan üçü beynəlxalqdır: Antalya (Türkiyə), Oş (Qırğızıstan) və Namanqan (Özbəkistan).

Həmçinin qeyd olunub ki, ötən il Perm hava limanının sərnişin axını 2 milyona yaxın sərnişin təşkil edib ki, bu da 2019-cu il pandemiyadan əvvəlki dövrün göstəricisini xeyli üstələyir.

APA-Economics