Kəmaləddin Heydərov 72 milyona otelini satır – FOTO

Bakının mərkəzində yerləşən, dəbdəbəli, dördulduzlu “Qafqaz Baku City Hotel & Residences” hoteli satışa çıxarılıb.

İndex.az xəbər verir ki, bu barədə Bina.az saytında elan yerləşdirilib.

Bildirilir ki, hotelin qiyməti 72 milyon 750 min manatdır.

Qeyd edək ki, “Gilan Holding”ə məxsus olan “Qafqaz” hotellər şəbəkəsinə 13 hotel daxildir və bu mülklərin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

 

Mənbə – Bakupost.az