Mayda gündəlik xam neft hasilatımız 571,3 min barel olub

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 679,9 min barel olub.

İndex.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 571,3 min barrelini xam neft, 108,6 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 27-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barrel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulurdu.