Vergi daxilolmaları 52%-dən çox artıb

2022-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 mlrd. 803 mln. 736.4 min manat vergi daxil olub, proqnoza 149.3% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52.3% və ya təxminən 2 mlrd. manata yaxın (1 mlrd. 993 mln. 93.7 min manat) artıb.

İndex.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 3 mlrd. 906 mln. 523.9 min manat olub, proqnoza 130.3% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 909.5 mln. manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 41.8% və ya 1 mlrd. 152.5 mln. manat artıb.

Regionlar üzrə daxilolmalar 476.5 mln. manat olmaqla, proqnoz 114% icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 22.4% artıb.

Ödənilən vergilərin 67.3%-i qeyri-neft-qaz sektorunun, 32.7%-i isə neft-qaz sektorunun payına düşüb.