![Avropada təbii qazın qiyməti 900 dollardan aşağı düşdü](https://index.az/wp-content/uploads/2022/06/cooking-gas.jpg)
Avropada təbii qazın qiyməti gün ərzində orta hesabla 1,8% düşüb və hazırda min kubmetr üçün 882-893,5 ABŞ dolları arasında dəyişir.
İndex.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 882,1 dollarla başlayıb. Bu isə cümə günü qeydə alınmış qiymətlə (903,8 dollar) müqayisədə 2,4% daha aşağıdır.
Xatırladaq ki, Rusiyadan enerji daşıyıcılarının idxalına qadağa tətbiq edilməsi ilə bağlı narahatlıqlar fonunda martın əvvəllərində təbii qazın qiyməti bir neçə dəfə rekordları yeniləyib və martın 7-si maksimum 3 892 dollar təşkil edib.