Daha bir universitetdən tələbələrə “yemək” qadağası

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetində divara yapışdırılmış elan diqqət çəkib.

İndex.az xəbər verir ki, foto sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə edilib. Rəylərdə sözügedən elanın və universitetdə belə bir məsələni qaldıran şəxsin qınanılması ilə yanaşı, elanın üzərində qadağa sözünün “qadanğan” olaraq səhv yazılması da gülüş hədəfi olub.

Rəylərdə sosial şəbəkə istifadəçiləri universitet daxilində fəaliyyət göstərən bufetlərdə satılan məhsulların qiymətlərinin marketlərlə müqayisədə çox baha olduğunu da qeyd ediblər.

Universitetin Mətbuat Xidmətinin rəhbəri Şəhanə Müşfiq isə Oxu.Az-a bildirilib ki, həftə sonu işləmirlər:

“Bu gün iş günü deyil. Həftənin birinci günü açıqlama olanda göndərərik”.