Əhali dərmanlara 445 milyon manat xərcləyib

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 445.3 milyon manat vəsait xərclənib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, 2021-ci ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlir 24.4% artıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2.5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.