Ölkəyə AI-92 markalı benzinin idxalı14 dəfə artıb

Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında 70 min 722,7 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,2 dəfə çoxdur.

Index.az xəbər verir ki, AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $74 milyon 491,21 min (artım 31,2 dəfə) təşkil edib.

$54 milyon 835,33 min dəyərində 51 min 659,81 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 73%-i) Rusiyadan, $19 milyon 655,88 min dəyərində 19 min 62,89 ton avtomobil benzini isə Türkmənistandan idxal edilib.

Benzin idxalı 2022-ci ilin fevral-aprel aylarında həyata keçirilib.

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini Gürcüstandan idxal edilib.

“Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.

Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci ilin aprel ayının əvvəlindən planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.

Mənbə – İnterfaks-Azərbaycan