Avropada təbii qazın qiyməti 900 dollara düşüb

Avropada təbii qazın qiyməti ötən gün 1000 kubmetr üçün 1000 dollardan yuxarı qalxdıqdan sonra cümə günü ucuzlaşaraq, təxminən, 900 dollara düşüb.

İndex.az xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları göstərir.

Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə iyul fyuçerslərində təbii qazın ən aşağı qiyməti 909,7 dollar, ən yuxarı qiyməti isə 937,1 dollar təşkil edir.

Xatırladaq ki, ABŞ-da yerləşən “Freeport LNG” zavodunda baş vermiş partlayış ötən gün təbii qazın bahalaşmasına səbəb olmuşdu. Bu müəssisədə işlər azı 3 həftəlik dayandırılıb. Zavod ABŞ-da istifadə edilən mayeləşdirilmiş təbii qazın, təxminən, 20%-ni emal edir.