Bu ölkə rusların 123 milyon dollarlıq aktivləri dondurdu

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Kanada hökuməti sanksiyalar çərçivəsində rusiyalılara məxsus 123 milyon dollarlıq aktivləri dondurub. Bundan başqa, 289 milyon ABŞ dolları məbləğində bank tranzaksiyaları bloklanıb.

İndex.az xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb.

Xatırladaq ki, Kanada artıq Rusiyaya qarşı bir neçə sanksiyalar paketi qəbul edib. Kanadanın sanksiyalar tətbiq etdiyi şəxslər sırasına Rusiya Prezidenti Vladimir Putin, XİN rəhbəri Sergey Lavrov, gimnast Alina Kabayeva, Mərkəz Bankın rəhbəri Elvira Nabiullina və digər rusiyalı siyasətçilər və iş adamları daxildir.