Bu bankların rüblük qeyri-faiz xərcləri18 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I rübündəki qeyri-faiz xərcləri 18 milyon manatdan çox olub.

İndex.az xəbər verir ki, bunlar “Kapital Bank” (103,671 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (58,921 milyon manat), “PAŞA Bank” (42,163 milyon manat), “Unibank” (30,426 milyon manat) və “Bank Respublika” (18,827 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 5-də qeyri-faiz xərcləri 12-17 milyon manat arasında, 14 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Mənbə – Renkinq