Bu gündən “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürür

Bu gün “Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

İndex.az xəbər verir ki, “Formula 1” yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək.
6-cı Azərbaycan Qran-prisinin bu gün üçün cədvəlini təqdim edirik:

10:00. Azarkeş zonasının qapıları açılır
“Formula-2”

12:35 – 13:20. Sərbəst yürüş
“Formula-1”

15:00 – 16:00. I sərbəst yürüş
“Formula-2”

16:30 – 17:00. Sıralama turu
“Formula-1”

18:00 – 19:00. İkinci sərbəst yürüş
21:00. Azarkeş zonasının qapıları bağlanır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.