Bu bankların qeyri-faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I rübündəki qeyri-faiz xərcləri əvvəlki illə müqayisədə az olub.

İndex.az xəbər verir ki, bunlar “AFB Bank”, “Premium Bank”, “Günay Bank”, “Bank BTB” və “Muğan Bank” ASC-lərdir.

Ən çox azalma “Muğan Bank”da (10,8%), ən az azalma isə “AFB Bank”da (1,2%) qeydə alınıb.

Qalan 21 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Kapital Bank” ASC-də (60,4%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (1,5%) qeydə alınıb.

Renkinq