Bakı metrosunda sərnişin daşınmasından 13 milyon manat gəlir əldə olunub

2022-ci ilin ilk rübündə Azərbaycanda metro nəqliyyatının əsas göstəriciləri açıqlanıb.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, 2022-ci ilin yanvar-mart aylarında metro nəqliyyatında 45 mln. 635.7 min sərnişin daşınıb.

Hesabat dövründə Azərbaycanın sərnişin daşınmasından əldə etdiyi gəlir 13 mln. 255.7 min manat təşkil edib.