Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft nəqli bu il 3% azalıb

Azərbaycanda 2022-ci ilin yanvar-mart ayları üzrə Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə yükdaşınma azalıb.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Statistikaya görə, ilin ilk rübündə ölkə neftinin 77%-ni boru xətti ilə daşıyan BTC ilə 6 milyon 675 min ton həcmində neft nəql edilib.

Bu da öncəki illə müqayisədə 2.9% azalmadır. Belə ki, 2021-ci ilin birinci rübündə 6 milyon 877.5 min ton neft nəql edilmişdi.