Banklar 33,4 mln. dollar alıb- HƏRRAC

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 33,4 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki iyunun 7-də keçirilən hərracla müqayisədə 83,5% artıb.