“ARB 24” kanalına cərimə protokolu yazıldı

“ARB 24” MMC-yə cərimə protokolu yazılıb.

İndex.az xəbər verir ki, MMC barəsində müvafiq qurum tərəfindən 389-cu (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Günel Səmədovanınicraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclası iyunun 10-na təyin edilib.

Mənbə – Pravda.az