Zakir Qaralovun şirkəti yenidən məhkəməyə verildi

“Kartaş LTD” MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlı məhkəməyə müraciət edib.

İndex.az xəbər verir ki, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, “Kartaş LTD” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

Mənbə – Pravda.az