Bu çimərliklərə getməyin – DİQQƏT!

“Aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğundur”.

İndex.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Çimərlikdə dəniz suyunun monitorinqi” mövzusunda danışarkən deyib.

O bildirib ki, Qaradağdakı Sahil, Səbaildəki Şıx çimərliyi, Hövsan və Türkan çimərliklərində vətəndaşların çimməsi məqsədəuyğun sayılmır.