
Lamborghini şirkəti Urus modelinin 20 000-ci nüsxəsini buraxıb.
Index.az xəbər verir ki, avtomobil Azərbaycandan olan müştəriyə göndərilib.
Urus hazırda Lamborghini brendinin ən çox satılan modelidir. 2021-ci ildə 8 405 ədəd Lamborghini satılıb, bunun 60%-i Urus modelinin payına düşür.
Azərbaycana satılan Urus-a gəlincə, avtomobil panoram formalı dam örtüyünə malikdir və Viola Mithras rəngindədir.
Azərbaycanlı alıcının adı açıqlanmır.