“Kriptovalyuta böyük fırıldaqdır və heç bir faydası yoxdur”

Nobel mükafatı laureatı Pol Kruqman «New York Times»da yazdığı məqalədə kriptovalyutanı böyük fırıldaq adlandıraraq onu maliyyə köpüyü ilə müqayisə edib.

İqtisadçı bu barədə danışarkən 2007-ci ildəki ipoteka böhranı ərəfəsindəki vəziyyəti xatırladıb. Kruqman bildirir ki, 2007-ci ildə də insanların böyük hissəsi vəziyyətin bu qədər pisləşəcəyini və ipotekaa bazarının belə şişdiyini güman etmirdi, baxmayaraq ki, çoxları bunu bildirirdi. Alimin fikrincə indi də oxşar vəziyyət hökm sürür.

İqtisadçı bildirib ki, kriptovalyutaların böyük populyarlığına və kriptobazarın yüksək texnologiyalı olduğuna baxmayaraq bu bazarın real əsasının olduğunu söyləmək çətindir.

Kruqman bildirir ki, xüsusilə bitkoin 2009-cu ildə yaranmasına baxmayaraq indiyədək real iqtisadiyyatda və kriminal dünyadan kənarda ciddi və səmərəli tətbiqini tapmayıb. Bundan başqa, iqtisadçının fikrincə, kriptovalyutalarda elə bir xüsusiyyət yoxdur ki, onlar ənənəvi pul vəsaitlərində olmasın.

«Çox çətindür düşünmək ki, belə böyük aktivləri olan bazar, real dəyərə malik deyil. Bu hətta qumdan da düzəldilmiş ev deyil, bu heç nədən düzəldilən evdir. Mən mənzil bazarındakı köpüyü və ipoteka böhranını xatırlayıram. Və mənim fikrimcə biz (kirptovalyuta mövzusunda) böyük satışdan, böyük fırıldağa keçmişik»-deyə alim bildirib.