Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin, eləcə də dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının, inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Xezer-Construction”, “Creat Company” MMC-lər və “Cronos” Mənzil-Tikinti Kooperatividir.
Qalib şirkətlərə müvafiq olaraq 2 milyon 510,7 min manat, 285,6 min manat və 980,9 min manat, ümumilikdə isə 3 milyon 777,2 min manat ödəniləcək.