![Avropada qazın qiyməti 900 dollara düşüb](https://index.az/wp-content/uploads/2022/06/ca6a31e6bd0b9b5a3c39de7eda013732.webp)
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 900 ABŞ dollarından yüxarı səviyyədə qərarlaşıb.
İndex.az xəbər verir ki, 6 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) iyun fyuçerslərinin qiyməti 903,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,7% azdır.
Qeyd etmək lazımdır ki, dünən Avropara qazın qiyməti son üç ay ərzində ilk dəfə olaraq 900 dollardan aşağı səviyyəyə enmişdi.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.