“PASHA Bank” işçi axtarır – VAKANSİYA

PASHA Bank

Satınalma üzrə kiçik mütəxəssis

Son tarix 04 iyul 2022 – [email protected]

İşiniz nədən ibarətdir?

  • Gündəlik əməliyyat dəstəyi göstərməklə yüksək keyfiyyətli müştəri xidmətinin idarəedilməsi;
  • Bankın biznes ehtiyaclarının ödənilməsinin asanlaşdırılması;
  • Bankın müəyyən etdiyi limitlərə uyğun olaraq aşağı və ya orta qiymətli alışlar üçün bazar araşdırmasının aparılması;
  • Bankın ehtiyacları üçün mal və xidmətlərin şəffaf və sərfəli alışı;
  • Bankın tələbləri əsasında hesab-fakturaların, aktların, təhvil-təslim qeydlərinin yoxlanılması;
  • Satınalma dəstəyi baxımından bankın ehtiyaclarına vaxtında cavab verilməsi;
  • Departamentlərin satınalma ilə bağlı məlumatlarla təmin edilməsi;
  • Müvafiq reyestrlərin yenilənməsi və daxili satınalma sorğularının monitorinqi;
  • Alınan malların müvafiq şöbələrə çatdırılması və paylanmasının təşkili;
  • Müvafiq sənədlərin doldurulması və proseslərin dəqiq sənədləşdirilməsi;
  • Daxili sənəd təsdiqlənməsinin idarəedilməsi;
  • Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə cavabdehlik.

Sizdən nə tələb olunur?

  • Təhsil: Müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: İnzibati, sənəd nəzarəti və ya müştəri xidməti sahələrində minimum 2 il
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər: İnnovativ düşüncə, özünüinkişaf, hesabat hazırlama, problemləri həll etmə və güclü ünsiyyət bacarıqları.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Satınalma üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.