Dünyanın ən bahalı futbolçuları – SİYAHI

Dünyanın ən bahalı futbolçularının növbəti reytinqi açıqlanıb.

CIES futbol observatoriyası potensial transfer dəyərini qiymətləndirərək ən dəyərli oyunçuların siyahısını hazırlayıb.

Cədvələ 205,6 milyon avroluq dəyərlə PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. “Liverpul”lu Trent Aleksander-Arnold ən bahalı müdafiəçi (87,4 milyon), “Barselona”nın gənc üzvü Pedri isə ən bahalı yarımmüdafiəçidir (135,1 milyon). Qapıçılardan ən dəyərlisi Canluici Donnarummadır (PSJ, 73,7 milyon).

Reytinqin ilk “100-lüy”ündə ən çox Premyer Liqa təmsilçisi var. İngiltərədə çıxış edən 41 oyunçu siyahıya düşüb.

1. Kilian Mbappe (PSJ) – 205,6 milyon avro
2. Vinisyus Junior (“Real”) – 185,3 milyon
3. Erlinq Haland (“Mançester Siti”) – 152,6 milyon
4. Pedri (“Barselona”) – 135,1 milyon
5. Cud Bellinqem (“Borussiya”, Dortmund) – 133,7 milyon
6. Fil Foden (“Mançester Siti”) – 124 milyon
7. Frenki de Yonq (“Barselona”) – 112,5 milyon
8. Luis Dias (“Liverpul”) – 110 milyon
9. Ruben Diaş (“Mançester Siti”) – 109,6 milyon
10. Ferran Torres (“Barselona”) – 109,5 milyon