Bakıda yolların təmirinə 2.5 milyon manat xərclənəcək

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer Construction” MMC ilə 2.5 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 510 704 manatdır.