
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I rübündəki faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
İndex.az xəbər verir ki, bunlar “Premium Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakitan bankında (62,5%), ən az azalma isə “Yapı Kredi Bank Azərbaycan”da (7,1%) qeydə alınıb.
Qalan 21 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (71,1%), ən aşağı dinamika isə “Xalq Bank” ASC-də (1,1%) qeydə alınıb.
Mənbə – Renkinq