“Whatsapp”a yeni funksiya gəlir

“WhatsApp” onlayn mesajlaşma platforması silinən mesajı geri qaytarmağa imkan verəcək funksiyanı təqdim etməyi planlaşdırır. Bu funksiya artıq indidən mübahisələrə səbəb olub.

Bu yaxınlarda məlum olmuşdu ki, platforma “mesajların redaktəsi” funksiyası üzərində işləyir. Ekran görüntülərində (skrinşot) görünən bu idi ki, funksiya hələ təkmilləşmə mərhələsindədir.

Hər kəsin bildiyi kimi, mesajlaşma tətbiqində mesajları silmək imkanı var. Bu funksiya “Hər kəs üçün Sil” və ya “Mənim üçün Sil” seçimləri ilə mesajları müəyyən müddət ərzində silməyə imkan verir.

WebTekno-da yer alan xəbərə görə, bu gün ortaya çıxan yeni funksiya ilə siz dostlarınıza sildikləri mesajları geri götürmələrini söyləyə biləcəksiniz. Banker.az xəbər verir ki, WABetaInfo-nun məlumatına görə, WhatsApp əməliyyatı geri qaytarmağa imkan verən funksiya üzərində işləyir. Məsələn, bir mesajı səhvən silsəniz, bu düymə sayəsində mesajı geri qaytara biləcəksiniz. Paylaşılan skrinşotlarda funksiyanın tətbiqdə necə görünəcəyi və istifadəsi ilə bağlı ipucular da açıqlanıb. WABetaInfo-nun paylaşdığı şəkildə mesajlar silindikdən sonra ekranın aşağı hissəsində ‘Mesaj silindi’ sözləri yazılan bildiriş görünür. Bu bildirişin yanında isə əməliyyatı geri qaytarmağa imkan verən “Geri al” (Undo) düyməsi görünür. Demək olar ki, bu, Gmail-dəki geri qaytarma funksiyasına bənzəyir.

Bu funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür. Bununla belə, geri qaytar düyməsinin “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlarda işləyib-işləməyəcəyi məlum deyil. Ekran görüntüsündə yeni funksiyanın silinmiş mesajda “Məndən sil” funksiyasından sonra istifadə edildiyi göstərilir. Bundan əlavə, bu xüsusiyyət hələ təkmilləşmə mərhələsindədir: yəni ki, funksiyanın nə vaxt hər kəs üçün əlçatan olacağı məlum deyil.