“Bravo”nun baş ofisində iş var – VAKANSİYA

Azerbaijan SuperMarket

İnsan Resursları üzrə Böyük Mütəxəssis

Son tarix 03 iyl 2022 –  [email protected]

Vəzifə öhdəlikləri:

  • İşçilərin Əmək qanunvericiliyinə əsasən şəxsi işlərin formalaşdırılması və qeydiyyatının aparılması, işə qəbul edilməsi, xitam verilməsi, bir iş yerindən başqasına keçirilməsi, vəzifədə irəli çəkilməsi, müvafiq əmrlərin yazılması, elektron Hökumət Portalına daxil edilməsi (1C və EMAS);
  • Xəstəlik vərəqəsi, analıq və sosial məzuniyyətlərlə bağlı olan işlərin icra edilməsi (Xəstəlik vərəqəsi və protokol);
  • Vəzifə təlimatlarının hazırlanması;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatın təqdim olunması;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl  üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Kadr sənədləşməsinə mütəmadi nəzarət, Kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilməsi;
  • İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edilməsi; Kadrlar üzrə hesabatların tərtib edilməsi;
  • Dövlət Əmək Müfəttişliyi tərəfindən daxil olan şikayət məktublarına baxılması, lazım olan sənədlərin hazırlanması və cavablandırılması;
  • İş yerində baş vermiş bədbəxt hadisələrin araşdırılması, sənədlərin toplanması və bununla bağlı məsələlərin həll edilməsi;
  • İşçilərin tibbi yoxlamadan (obliqat kabinet) keçirilməsinin təşkilinə nəzarət edilməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
  • Əmək Qanunvericiliyində nəzərdə tutulmuş qaydaların təşkilində nəzarətin edilməsi.

Namizədə dair tələblər:

 

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
  • Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyətinə malik olmaq;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq;
  • Problemləri həll etmə bacarığı.

Maraqlanan namizədlər email ünvanına “İnsan Resursları üzrə Böyük Mütəxəssis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.