“Kapital Bank”a işçilər tələb olunur – VAKANSİYALAR

Kampaniya dizayneri

Son tarix 02 iyul 2022 – [email protected]

Öhdəliklər:

  • Müstəqil olaraq A-dan Z-yə qədər müştəri kampaniyaların keçiriliməsi , marketinq tərəfinin hazırlanması və  izlənilməsi;
  • Kampaniya və məhsulların müştərilərə kommunikasiya edilməsi , kommunikasiya effektivliyinin artırılmasında iştirak etmək
  • Məhsulların satışının artırılması məqsədilə həyata keçiriləcək stimullaşdırma tədbirlərinin digər şöbələrin məsul şəxsləri ilə koordinasiya edərək hazırlanması;
  • Satış şərtlərinin təkmilləşdirilməsində, yeni müştəri bazalarının cəlbində iştirak etməsi;
  • Məhsul və xidmətlərdən istifadəyə başlanması, istifadənin artırılması, xidmət və loyallıq istiqamətlərində hədəflənmiş kampaniyaların həyata keçirilməsi
  • Partnyor, qeyri Partnyor, o cümlədən Holding şirkətlərlə ortaq layihələrin icrasında iştirak etmək.

Tələblər:

  • Ali təhsil;
  • Yüksək analitik düşünmə qabiliyyəti;
  • Yüksək təqdimetmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təşəbbüskar və məsuliyyətli olması
  • Marketinq təcrübəsi

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı /baş mütəxəssis

Son tarix 02 iyul 2022 – [email protected]

Öhdəliklər:

  • Xidmət nöqtələrinin optimallaşdırılması və inkişafı üzrə layihələri hazırlayır, təsdiq olunmuş layihələrin icrasına nəzarət edir
  • Bankın strateji hədəflərinin icrası məqsədilə xidmət nöqtələrinin satış və xidmət üçün uyğun ərazidə yerləşməsini analiz edir və təmin edir.
  • Digər struktur bölmələr tərəfindən həyata keçirilən və xidmət nöqtələrinin işinin səmərəliliyini artırmaq yönümlü layihələrdə iştirak edir.
  • Xidmət nöqtələrinin açılması, bağlanması, relokasiyası, əsaslı təmiri, daxili quruluşun təyin edilməsi, optimal yerləşmə planının hazırlanmasını təşkil edir.
  • Xidmət nöqtələrinin zəruri hüquqi sənədlərlə lazımi qaydada təmin olunmasını təşkil edir.
  • Xidmət şəbəkəsində elekton növbəlilik sisteminin qurulması, yeni layihələrin tətbiq edilməsi və bununla bağlı digər işlərin görülməsini təşkil edir.
  • Xidmət nöqtələrində əsas vəsaitlər, istifadə olunan zəruri avadanlıqların təhlilinin aparılması ilə optimal sayların təyin edilməsini  və yerləşmə planının hazırlanmasını təşkil edir.
  • Xidmət nöqtələrindən həlli şöbəyə aid müraciətlər üzrə təkliflər hazırlayır.

Tələblər:

  • Ali təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • MS Office proqramları üzrə biliklər (Excel bilikləri) ;
  • Maliyyə bilikləri (ACCA və s. üzrə sertifikatların olması arzuolunandır);
  • Bank sahəsində və ya analitika ilə bağlı digər sahədə iş təcrübəsi.
  • Dil bilikləri: ingilis dili –yaxşı, rus dili – arzuolunandır.
  • Gərgin iş qrafikində işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, portalımızdan qeydiyyat keçərək (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1888) və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.