“Coca-Cola” cərimələnib

Azərbaycanda “Coca-Cola” şirkətinə cərimə protokolu yazılıb.

İndex.az xəbər verir ki, bu barədə Elektron Məhkəmə Sistemində məlumatlar dərc edilib.

Belə ki, “Azərbaycan Koka-Kola Bottlers Limited” MMC (“Coca-Cola”) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elçin Ağayevin icraatına verilib.