“Azərbaycan Beynəlxalq Bankı” məkəməyə verildi

“Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verilib.

İndex.az xəbər verir ki,  “Sağlam Həyat” MMC bankla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Şirkət ASC-yə qarşı bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr barədə iddia qaldırıb.

İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə araşdırılıb və qərar çıxarılıb.

Qərara əsasən, “Sağlam Həyat” MMC-nin iddiası təmin olunub.

Xatırladaq ki, bu il aprelin 1-nə “Azərbaycan Beynəlxalq Bankı”nın depozit portfeli 8 837,105 milyon manat təşkil edib. Bunun 1 519,57 milyon manatı fiziki şəxslərə (əhaliyə), 7 317,546 milyon manatı isə hüquqi şəxslərə (şirkətlərə) məxsus olub.

Mənbə – Report