
İnventarlaşdırma üzrə mütəxəssis
Son tarix 01 iyul 2022 – Müraciət et
Namizədə olan tələblər:
- Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;
- Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
- Pərakəndə sektorunda təcrübəli olmalı;
- Komanda ilə işləmək qabiliyyəti;
- Səbrli və nəzakətli;
- İşgüzar və hədəfyönlü;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş haqqında məlumat:
- Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi (mağaza vitrinləri);
- Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;
- Əsas vəsaitlər siyahısının mütəmadi yenilənməsinin təşkil olunması;
- Aşkar olunan çatışmamazlıqlar barəsində hesabatların hazırlanması.
İş şəraiti:
- 5 günlük iş həftəsi (ayın müəyyən günləri gecə növbəsi);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 400 AZN+bonuslar.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
Qrafik Dizayner
Son tarix 01 iyul 2022 – Müraciət et
Vəzifə öhdəlikləri:
- Reklam kampaniyalarının qrafik hissəsinin hazırlanması;
- Jurnal və kataloqların hazırlanması;
- Plakatların, sütunların, bannerlərin hazirlanması;
- Sosial Media postlarının hazırlanması;
- Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlərin və s . hazırlanması;
- Marketinq layinhələrinin vizuallaşdırılması;
- Poliqrafik məhsulların hazırlanması.
Tələblər:
- Qrafik dizayner kimi minimum 2 il iş təcrübəsi;
- Qrafik dizayn bilikləri;
- Mağaza üçün çöl reklamları üzrə istehsalat və dizayn bilikləri;
- Sosial şəbəkələr üçün reklam bannerlərinin tərtibatı;
- Qrafik proqram bilikləri: Corel Draw, Photoshop, Adobe Illustrator; (Adobe Aftereffect bilməyi üstünlükdür)
- Portfolionun olması mütləqdir.
Şəxsi keyfiyyətlər:
- Detallara diqqətli
- Məsuliyyətli
İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00
- Nahar yeməyi təmin edilir;
- Korporativ nömrə.
- Əmək haqqı: 800-1000 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Merçendayzer
Son tarix 01 iyul 2022 – Müraciət et
İş haqqında məlumat:
- Məhsulları təhkim olunmuş mağazalarda şirkətin merçendayzinq standartlarına uyğun rəflərdə yerləşdirilməsini təmin etmək;
- Təyin edilmiş rut üzrə mağaza ziyarətlərini həyata keçirmək;
- Endirimdə olan və ya hədiyyəli məhsullar barədə müştəriləri məlumatlandırmaq, rəflərdə bu barədə etiketlənmələri həyata keçirmək;
- Ehtiyac olduqda Şirkət məhsullarının müxtəlif çəkilərdə mağazada paketlənməsini təmin etmək;
- Şirkətin fəaliyyətinə mane olan halları aşkarlamaq və supervayzerə bu barədə məlumat vermək;
- Satış nöqtələrində şirkət məhsullarının satışının stimullaşdırılmasına dəstək olmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları tam və vaxtında icra etmək.
Namizədə olan tələblər:
- Təcrübə 1 ildən artıq;
- Məhsulların satış nöqtələrində sərgilənmə texnikalarını bilmək;
- Effektiv ünsiyyət və danışıqlar aparma qabiliyyəti;
- Dəyişkən iş mühitinə adaptasiya bacarığı olmaq;
- Daxili nizam-intizam qaydalarına əməl etmək;
- Özünə əminlik və kreativlik.
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəliş imkanı.
- Əmək haqqı: 500-600 AZN
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
Satış analitiki
Son tarix 01 iyl 2022 – Müraciət et
Vəzifə öhdəlikləri:
- Satışların və kampaniyaların analizi;
- Günlük, həftəlik və aylıq hesabatların tərtib olunması;
- KPI hədəfləri üçün təhlillərin aparılması;
- Məlumatların toplanması və emal olunması;
- Hesabatların müqayisəsi, fərqlərin araşdırılması;
- MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi.
Tələblər:
- Ali təhsil;
- Analitik düşüncə;
- Müvafiq sahə üzrə 1- ildən artıq iş təcrübəsi;
- Alqoritm qurma bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti;
- Excel üzrə Advanced səviyyədə biliklər;
- Python proqramlaşdırma dili üzrə biliklər;
- SQL üzrə biliklər.
İş şəraiti:
- 5 günlük iş həftəsi;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: 1000-1500 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Satıcı
Son tarix 01 iyl 2022 – – Müraciət et
İş haqqında məlumat:
- Vitrinlərin doldurulması, satışın həyata keçirilməsi;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək .
Namizədə olan tələblər:
- Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
- Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Əmək haqqı 320 manat;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəlişi imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.