Türkiyə bu tarixdən ölkəyə giriş üçün PCR testlərini ləğv edir

İyunun 1-dən Türkiyə bütün sərhəd məntəqələrindən ölkəyə daxil olmaq üçün PCR testlərini ləğv edir.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İyunun 1-dən bütün sərhəd məntəqələrindən ölkəyə daxil olmaq üçün PCR testi tələb olunmayacaq”, – mesajda deyilir.

Bildirilir ki, qərar ölkədə koronavirusla bağlı vəziyyətin qiymətləndirilməsi əsasında qəbul edilib.

Bir müddət əvvəl Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca ictimai nəqliyyatda məcburi maska rejiminin ləğv edildiyini açıqlamışdı.