“Yelo Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Yelo Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

İndex.az bu barədə Bankın illik maliyyə (audit) hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, “Yelo Bank”ın səhmlərinin 96,02%-nə nəzarət edən “Topaz İnvestments Limited” QSC payını 95,68%-ə endirib.

Əvəzindən Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru Marina Kulişova payını 3,89%-dən 4,22%-ə, digər səhmdar “İSR Holdinq” MMC isə payını 0,09%-dən 0,1%-ə çatdırıb.

Xatırladaq ki, “Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır.