“Günay Bank”ın əsas səhmdarları Bankdakı paylarını 99%-ə çatdırıb

“Günay Bank” ASC-nin səhmlərinin 2,67%-nə nəzarət edən Günay İldırımzadə və 2,31%-nə nəzarət edən Xanım Məmmədova paylarını satıblar.

İndex.az xəbər verir ki, onların payını Bankın əsas səhmdarı, Müşahidə Şurasının sədri Mahmud Məmmədov və digər əsas səhmdar Yeganə Şirinova alıblar.

Beləliklə, M.Məmmədov payını 54,35%-dən 58,22%-ə, Y.Şirinova isə payını 40,05%-dən 41,15%-ə çatdırıb. Son nəticədə əsas səhmdarların payı 94,4%-dən 99,37%-ə yüksəlib. Səhmlərin qalan 0,63%-i isə əvvəlki qaydada İran əsilli Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

M.Məmmədov və Y.Şirinova həm də “Günay Sığorta” ASC-nin müvafiq olaraq 32,45%-lik və 67,55%-lik səhmdarlarıdır.

Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır.

Mənbə – Report