![“Xalq Sığorta” “Muğanbank”a dəyən ziyanı ödəmir](https://index.az/wp-content/uploads/2022/06/muganbank.jpg)
Bakı Kommersiya Məhkəməsində “Muğanbank” ASC -nin “Xalq Sığorta” ASC-yə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.
Hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.
Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub və icraat dayandırılıb.
Qeyd: “Muğanbank” ASC “Xalq Sığorta” ilə bağlı məhkəməyə müraciət edərək maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Lakin maddi ziyanın nədən ibarət olduğu açıqlanmayıb.
Pravda.az