![Xersonda rubl dövriyyəyə buraxılıb](https://index.az/wp-content/uploads/2022/05/256514.png)
Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.
İndex.az xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.
Onun sözlərinə görə, mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunur.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Vilayət mayın 28-i Moskva vaxtına keçib.